SON XƏBƏRLƏR

İranda qız və oğlan şagirdlərinin dərslikləri də fərqlənəcək

2021.10.20, 07:36
İranda qız və oğlan şagirdlərinin dərslikləri də fərqlənəcək

Gunaz.tv

GünAz TV: Nazir Həmid Rza Hacıbabayi deyib ki, yeni qayda ölkənin təhsil sisteminə uyğundur, bir halda ki qız və oğlan şagirdlər ayrı-ayrı siniflərdə təhsil alırlar, onların dərsliyi də fərqli olmalıdır.

Universitetlərdə oğlanlarla qızların bir qrupda təhsil alması “pişiyin qabağına ət qoymaqdır”. Bunu hələ 2009-cu ildə İranın ali dini lideri Xameneyinin Tusi adına Texnologiya Universitetindəki nümayəndəsi Hüccətül-İslam Nəbiullah Fəzləli demişdi. Daha sonra - keçən ilin avqustunda (August) isə İranın Təhsil Nazirliyi orta məktəblərdə qızlarla oğlanların ayrı-ayrı siniflərdə təhsil alması qaydasını məktəbəqədərki təhsil müəssisələrinə də aid etdi. İndi isə nazirlik daha bir qayda tətbiq edir: oğlan və qız şagirdlər üçün fərqli dərsliklər yazılmalıdır. Təhsil naziri belə dərsliklərin tezliklə çap ediləcəyini bildirib. Nazir Həmid Rza Hacıbabayi yanvarın (January) 16-da Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, yeni qayda ölkənin təhsil sisteminə uyğundur, bir halda ki qız və oğlan şagirdlər ayrı-ayrı siniflərdə təhsil alırlar, onların dərsliyi də fərqli olmalıdır. Nazir onu da deyib ki, gələn il ölkədə genişmiqyaslı təhsil islahatları həyata keçirilməyə başlayacaq. Bu, təhsildə bütün sahələr, o cümlədən müəllimlər, siniflər, kitablar, tədris metodları və s. ilə bağlı olacaq. Amma Hacıbabayi islahatın detallarını (təfərrüat) açıqlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar