SON XƏBƏRLƏR

FRANSA İRANA HƏRBİ HÜCUMLA MÜXALİFDİR

2021.10.20, 07:36
FRANSA İRANA HƏRBİ HÜCUMLA MÜXALİFDİR

Gunaz.tv

FRANSA İRANA HƏRBİ HÜCUMLA MÜXALİFDİR

Günaz TV: Nicolas Sarkozy Yaxın Şərq və onun hüdudlarından kənarda “savaş və böhran”a gətirəcək hərbi müdaxilədən yayınmaq üçün əlindən gələni etməyə çağırıb.

Bununla yanaşı Sarkozİ İranı nüvə proqramından imtina etdirmək məqsədilə iqtisadi təzyiqin artırılmasına səsləyib.

Fransa prezidenti Avropa Birliyini İrana qarşı neft embarqosunu tətbiq edərək bu ölkənin Mərkəzi Bankının xarici hesablarının dondurulmasına çağırıb.

Yanvarın 23-də Avropa İttifaqı İrana qarşı sanksiyaları müzakirə edəcək.

İran embarqo təqdirində neft ixracı üçün mühüm Hörmüz boğazını bağlamaqla hədələyib.

Yanvarın 12-də Amerika İranla əməkdaşlığa görə 3 uluslararası şirkətə qarşı sanksiyalar tətbiq edib.

Ötən həftə Amerika sanksiyalarını dəstəkləyən Yaponiya İran neft idxalından tədricən imtina edəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar