SON XƏBƏRLƏR

İranın Milli Təhlükəsizlik məsələləri üzrə rəsmisi Rusiyadan sonra Çinə səfər edib

2021.10.20, 07:36
İranın Milli Təhlükəsizlik məsələləri üzrə rəsmisi Rusiyadan sonra Çinə səfər edib

Gunaz.tv

GünAz TV: Moskavada səfərdə olan İran İslam Respublikasının (Cümhuriyyəti) Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurası katibinin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini Əli Baqiri bu gün Çinə səfər edib.

 

Məlumata əsasən, səfər zamanı Çin rəsmiləri ilə ikitərəfli münasibətlər, regional (bölgəsəl) və beynəlxalq məsələlərlə yanaşı, İran və "5+1" ölkələri arasında İranın nüvə məsələsinin həlli ilə bağlı məsələlər barədə müzakirələr aparılacaq. Bu barədə FARS dövlət xəbər agentliyi məlumat verir.

 

Yanvarın (January) 18-də Baqiri Rusiyaya səfər etmişdi. Rusiyada o, bu öklənin xarici işlər naziri Sergey Lavrov və digər rəsmilərlə İranın nüvə məsələsinin həlli üçün Rusiyanın "addım-addım" layihəsini müzakirə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar