SON XƏBƏRLƏR

Rəsmi Ankaradan Sarkoziyə sərt cavab: "Sarkozi əvvəlcə öz tarixi ilə üzləşməlidir"

2021.10.20, 07:36
Rəsmi Ankaradan Sarkoziyə sərt cavab: "Sarkozi əvvəlcə öz tarixi ilə üzləşməlidir"

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikola Sarkozinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yazdığı məktuba Ankara sərt reaksiya (əksüləməl) verib.

Xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Sarkozi əvvəlcə öz tarixi, öz dəyərləri ilə üzləşməlidir.

Qeyd edək ki, Sarkozi məktubunda yanvarın (January) 23-də Fransa Senatında müzakirə ediləcək saxta "erməni soyqırımı" iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Türkiyə-Fransa münasibətlərini pozmamalı olduğunu yazıb. Sarkozi iddia edib ki, bu layihə bütün soyqırımlara aiddir və hər hansı bir xalqı, dövləti hədəfə almayıb. Fransa prezidenti "Bu layihə ilə bağlı atılacaq sərt addımlar iki ölkə arasındakı çoxyönlü münasibətlərə zərər verəcəyi kimi, onun nəticələri də vahiməli olacaq. Bunun məsuliyyəti isə bu cəhdin sahiblərinə aid olacaq" deyə Türkiyəyə mesaj göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar