SON XƏBƏRLƏR

Almaniyadan Türkiyəyə qarşı şok Bəyanat...

2021.10.20, 07:36
Almaniyadan Türkiyəyə qarşı şok Bəyanat...

Gunaz.tv

GünAz TV: Almaniya kansleri (sədr-i əzəm) Angela Merkelin koalisiya (etilafi) hökumətinin İnsan Haqları Parlament Qrupunun sözçüsü Erika Steinbax gözlənilməz bəyanat verib.

Sözçü Almaniyanın da Fransa kimi qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsini qəbul edə biləcəyini söyləyib."Türkiyə həqiqəti nə qədər inkar edirsə etsin, Koalisiya üzvlərinə soyqırımın əslində olduğu məlumdur. Erməni soyqırımı mütəmadi olaraq gündəmimizdə olmalıdır. Türkiyə bir cavabdehliklə qarşı qarşıyadır", deyə Erika Steinbax bildirib."Bugünkü rəhbərlik soyqırım etməyib, bu səbəbdən həqiqəti asan qəbul edə bilərlər", deyə Steinbax əlavə edib. Sözçünün sözlərinə görə, belə bir qanun layihəsi müxalifətin etirazı üzündən qəbul edilməyə bilər. Radio antenn

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar