SON XƏBƏRLƏR

Amerika rəsmisi Bakıya İran məsələsinə görə gəlib

2021.10.20, 07:36
Amerika rəsmisi Bakıya İran məsələsinə görə gəlib

Gunaz.tv

GünAz TV: Bakıda Azərbaycan rəsmiləri ilə 2 günlük danışıqlar zamanı regional (bölgəsəl) təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Bu zaman əsas diqqət İran mövzusuna yönəldilib. Bu barədə cümə axşamı mətbuat konfransında ABŞ Dövlət Katibinin (Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri) köməkçisinin müavini Erik Rubin “Turan”ın danışıqların mahiyyəti barədə sualına cavabda bildirib.

“Biz İranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışırıq və bu məsələdə Azərbaycan bizim yanımızdadır”, - deyə Rubin qeyd edib.   

Dövlət Departamentinin nümayəndəsi hakimiyyətlə görüşlərdə siyasi məhbusların azad edilməsi mövzusuna toxunub-toxunmadığı barədə suala cavabdan yayınıb.

Rubin bir sıra KIV-lərin (Kütləvi informasiya vasitələri) Qəbələ RLS-lə bağlı məsələləri müzakirə etdiyi barədə yaydığı məlumatları təkzib edib. “Bu məlumatlar mənim üçün təzə xəbərdir, mən bu məsələni qaldırmamışam”, - deyə o bildirib.

O, həmçinin Bakının Amerikaya məxsus AVAKS təyyarələrinin Azərbaycan ərazisindən Əfqanıstana uçması haqqında qadağası məsələsini şərh etməkdən imtina edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar