SON XƏBƏRLƏR

Nikola Sarkozi Ərdoğana məktub yazıb: "Tarixlə üzləşmək asan deyil"

2021.10.20, 07:36
Nikola Sarkozi Ərdoğana məktub yazıb: "Tarixlə üzləşmək asan deyil"

Gunaz.tv

GünAz TV: Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layaihəsi gündəliyə gələndən sonra rəsmi Ankaranın telefonlarına belə cavab vereməyən Fransa prezidenti Nikola Sarkozi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

 

Sarkozi məktubunda bu layihənin kökü olan münasibətləri pozmamalı olduğunu deyib.

 

Türkiyənin "Hürriyet" qəzetinin ələ keçirdiyi məktubda belə deyilir:

"Hörmətli nazir, mən daha öncə yazmış olduğunuz məktuba cavab olaraq, Senatda müzakirə ediləcək və iki ölkə arasında münasibətlər baxımından önəmli olan qanun layihəsi haqqında sizə yazıram. Öncəliklə qeyd etmək istəyirəm ki, layihənin məqsədi fransız toplumunun uzun müddətdir yaşadığı inkar duyğusunu aradan qaldırmaq və 100 ildir olan yaraları sarmaqdır.

 

 Bu, qəbul edilən bütün soyqırımlara aid layihədir. Mətndə nə bir xalq, nə də dövlət hədəf alınıb. Çünki, türk xalqının Birinci Dünya Müharibəsi və Osmanlı İmperiyasının çöküşü zamanı yaşadığı acını daha yaxşı anlayırıq".

 

N.Sarkozi məktubunda tarixlə üzləşməyin asan olmadığını deyib. "Amma Fransa etirafı çətin olan bu vəzifəni etdi. Alman işğalı zamanı Fransada yaşayan yəhudilərin toplanaraq düşərgələrə göndərilməsindəki rolunu tanıdı. Mən şəxsən 2007-ci ildə Əlcəzairin Konstantin şəhərinə çıxışımda Fransa müstəmləkəçiliyinin vəhşəti və Əlcəzair xalqının acılarını dilə gətirərək pislədim.

Türkiyə böyük bir ölkədir və Fransa üçün önəmli müttəfiqdir. İki dost və müttəfiq olaraq, bizə yaraşan şəkildə ağlın hakim olmasını diləyirəm. İstəyirəm biləsiniz ki, bu layihə ilə bağlı atılacaq sərt addımlar iki ölkə arasındakı çoxyönlü münasibətlərə zərər verəcəyi kimi, onun nəticələri də vahiməli olacaq. Bunun məsuliyyəti isə bu cəhdin sahiblərinə aid olacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar