SON XƏBƏRLƏR

Suriyada hərbi qüvvələr geri çəkilməyə başladı; Son qarşıdurmalarda 20 nəfər ölüb

2021.10.20, 07:36
Suriyada hərbi qüvvələr geri çəkilməyə başladı; Son qarşıdurmalarda 20 nəfər ölüb

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı daha 22 suriyalı məmurun «qara siyahı»ya alınması barədə qərar qəbul edib.

Suriya hökuməti müxalifətlə əldə edilən atəşkəs razılaşmasına əsasən, hərbi qüvvələri geri çəkməyə başlayıb. Ötən gün Zədəbani şəhərində tankların qəsəbələri tərk etməsi müşahidə olunub. Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Zədəbani şəhərini mühasirəyə alan onlarla zirehli texnika yaxınlıqdakı hərbi bölməyə çəkilib. Buna baxmayaraq, ölkədə zorakılıq hallarının davam etməsi ilə bağlı məlumatlar yayılıb. Əsəd rejimininə qarşı çıxan etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 20 nəfərin öldürüldüyü bildirilir.

Qeyd edək ki, Ərəb Liqasının (birliyi) müşahidəçi missiyasının (görəv, görəvli) vaxtı artıq dünən başa çatıb. Lakin Liqanın əməliyyatlar üzrə monitorinq (nəzarət) məruzəçisi Adnan əl-Xudeyr Misirin paytaxtı Qəhirədə keçirilən görüşlər zamanı monitorinqin vaxtının uzadıldığını bildirib. Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında Bəşər Əsəd rejiminin daha 22 məmurunun «qara siyahı»ya alınması barədə qərar qəbul edilib. Bundan başqa siyahıya 8 Suriya şirkətinin də daxil olacağı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar