SON XƏBƏRLƏR

Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir

2021.10.20, 07:36
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir

Gunaz.tv

GünAz TV: Bu gün 20 yanvar hadisələrinin 22-ci ildönümüdür.

Səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. Hər il olduğu kimi minlərlə insan bu gün də Şəhidlər Xiyabanını ziyarət edib.

Şəhidlər Xiyabanını ziyarət edənlər arasında dövlət rəsmiləri və Azərbaycan Respublikasının (Cümhuriyyəti) Prezidenti də olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüblər. Prezident İlham Əliyev “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Qeyd edək ki, Şəhidlər Xiyabanına gedən bir çox yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar