SON XƏBƏRLƏR

Amerikanıın Hərbi-dəniz Qüvvələrinin həmləçi qrupu körfəzə daxil olub

2021.10.20, 07:36
Amerikanıın Hərbi-dəniz Qüvvələrinin həmləçi qrupu körfəzə daxil olub

Gunaz.tv

GünAz TV: Hərbi-Dəniz Qüvvələrinin təyyarə gəmilərindən ibarət həmləçi qrupu körfəzə daxil olub.

 

 “Abraam Linkoln” və “Karl Uilson” təyyarə gəmiləri körfəzə döyüş növbətçiliyi edəçəklər. Bunlara Böyük Britaniyanın Portsmund limanından (bəndər) körfəzə istiqamət götürmüş Britaniya Hərbi-dəniz qüvvələrinin ən müasir və güclü “HMS Daring” esminesi qoşulacaq. Bu barədə APA İTAR-TASS agentliyinə istinadən xəbər yayıb.

 

 Böyük Britaniya müdafiə nazirliyi bu qəmini Ərəb körfəzinə göndərilməsini İranda baş verən hadisələrlə heç bir bağlılığının olmadığını bildirib.

 

 Analoji açıqlama ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Corc Little çıxış edib. Onun sözlərinə ABŞ-ın körfəzə təyyarə gəmilərini göndərməsi İranın Hörmüz boğazını bağlaması təhdidi ilə əlaqəli deyil . Körfəzdə gəmilərinin sayı mərkəzi komandanlıq (fərmandehi) tərəfindən vaxtaşırı dəyişdirilir. İki gəminin orada olması İrana qarşı hərbi əməliyyatın aparılmasına hazırlıq mənası daşımamalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar