SON XƏBƏRLƏR

“Traxtur-Damaş” müsabiqəsində həyəcanlı anlar yaşandı; Milli şüarlar səsləndirildi

2021.10.20, 07:36
“Traxtur-Damaş” müsabiqəsində həyəcanlı anlar yaşandı; Milli şüarlar səsləndirildi

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin səhənd stadionu (stadyom) daha bir həyəcanlı müsabiqəyə şahid oldu. “Traxtur” takımına (tim) alqışlar yağdırıldı.

 

Havanın soyuq olmasına baxmayaraq təxminən 45000 nəfər “Traxtur-Damaş” yarışını izlədi. tamaşaçılar müsabiqə boyu “Traxtur”u alqışlayıb və milli şüarlar səsləndirdilər.

 

Stadionda səsləndirilən milli şüarlar bunlardan ibarət idi: “Yel yatar tufan yatar – Yatmaz `Traxtur` Bayrağı”, “`Traxtur`u el istər – Şərəfli millət istər”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və ... .

 

Stadiona Azərbaycanın başqa şəhərlərindən yazılı plakatlar gətirilib və yarış boyu nümayiş etdirilib. O cümlədən “Yaşasın Sulduz Yaşasın `Traxtur`”, “Savalan dağı Səhənd qardaşı” plakatlarına işarə etmək olar.

 

Stadionda yeniyetmələrin sayında xüsusi artış hiss olunub.

 

“Traxtur” tərəfdarları “Damaş” tərəddarlarının keçmişdəki rəftarlarına baxmayaraq etik (əxlaqi) çərçivələri içində öz takımlarını təşviq ediblər.

 

Xatırladaq ki, sözü gedən müsabiqə (3 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

“Traxtur”un qollarını Fərzad Hatəmi 34-cü , Tuzi 45+2, Lupz 82-ci və “Damaş”ın qolunu Məhəmməd Qulami 30-cu dəqiqələrdə vurdular. Artıq “Traxtur” cədvəldə ikinci yerdədir və imtiyaz olaraq birinci yerdə olan “İstiqlal”ın bir addımlığındadır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar