SON XƏBƏRLƏR

Dr. Asif Qurban: “Senatın qərarı Türkiyə məclisi tərəfindən Xocalı faciəsinin tanınmasını tezləşdirə bilər”- Müsahibə

2021.10.20, 07:36
Dr. Asif Qurban: “Senatın qərarı Türkiyə məclisi tərəfindən Xocalı faciəsinin tanınmasını tezləşdirə bilər”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Dünya Azərbaycan Konqresi İdarə heyətinin üzvü, Dr. Asif Qurbandır.

 

- Asif bəy, bu günlərdə Sizin təşkilatçılığınızla Türkiyədə “Erməni Soyqırımı Var Deyənlər Cəzalandırılsın” təbliğatı başladı. Sizcə, bu təbliğatın əsas məqsədi nədir?

 

- Hesab edirəm ki, bu günlərdə Fransa məclisi erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərar hamımızı hiddətləndirməklə yanaşı, artıq buna son deməyin zamanıdır. Fransanın Türkiyənin daxili işlərinə qarışması yolverilməzdir. Dünyanın əsl həqiqətləri görməsinə çağırırıq və Ermənistan tərəfidən Xocalıda, Qarabağda baş verən soyqırımları tanımağa dəvət edirik. XX əsrin əvvəllərində ermənilər tərəfindən Anadolu və Azərbaycanda yüz minlərlə insanın qətlə yetirilməsi faktı (dəlil, sübutu) gözdən qaçmamalıdır. Bu təbliğat bir daha Türkiyə insanını bu məsələdə ayıq-sayıq olmağa dəvət edir.

 

- Necə düşünürsünüz, Türkiyə məclisi tərəfindən belə bir qanunun qəbul edilməsini gerçək hesab edirsinizmi?

 

- Məncə, Türkiyə Böyük Millət Məclisi belə bir qərarı qəbul etməsi lazımdır. Çünki, erməni diasporu və onun arxasında duran güclər bu gün nə gəldi danışır, üstəlik tarixi əsası və gerçəkliyi bilmədən dünya ictimaiyyətini çaşdırmaqla məşğuldurlar və soyqırım var deyə təbliğat aparırlar. Əgər, bu işi tarixçilər həll etməlidirlərsə o zaman tarixçilərin öhdəsinə vermək lazımdır və onlar qərar verənə qədər kimsə bu barədə əsassız açıqlamalar,bəyanatlar verməsin.

Hesab edirəm ki, məclis tərəfindən bu qərar çıxarsa söz azadlığının boğulması yox, tarixçilərin fəaliyyətini yönləndirməmək üçün alınmış bir qərar olardı.

- Qarşıda Xocalı soyqırımının 20-ci il dönümü yaxınlaşır. Türkiyə məclisi bu faciəni soyqırım olaraq tanıya bilərmi?

 

- Mən inanıram ki bu il məclisdə bu barədə bir çox müzakirə və  danışıqlar gedəcək. Bu, müzakirələr məclis tərəfindən soyqırım bu il tanınmasa belə, gələn il üçün tanınmanın əsasının qoyulmasına kömək edəcək. Ancaq, onu da əlavə edim ki, Fransa senatının qərarı bu il Xocalı soyqırımının tanınmasını daha da tezləşdirə bilər.

Söhbətləşdi: Elnur Eltürk

 

P.S: Təbliğata üzv olmaq istəyənlər  http://www.ermeni-soykirimi-var-diyen-cezalansin.org/v2/liste.php saytına daxil ola bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar