SON XƏBƏRLƏR

“Traxtur” takımı “Damaş” üzərində qələbə çaldı

2021.10.20, 07:36
“Traxtur” takımı “Damaş” üzərində qələbə çaldı

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur” futbol takımı ilə Gilanın “Damaş” takımı arasında keçirilən yarış bu dəqiqələrdə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 21-ci həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Traxtur” tərəfindən 2, “Damaş” tərəfindən isə 1 qol vuruldu.

 

Müsabiqənin 2-ci hissəsində isə “Traxtur” tərəfindən daha 1 qol vurulub.

 

“Traxtur”un qollarını Fərzad Hatəmi 34-cü , Tuzi 45+2, Lupz 82-ci və “Damaş”ın qolunu Məhəmməd Qulami 30-cu dəqiqələrdə vurdular.

 

Bununlada “Traxtur-Damaş” müsabiqəsi (3 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Qeyd edək ki, artıq “Traxtur” cədvəldə ikinci yerdədir və imtiyaz olaraq birinci yerdə olan “İstiqlal”ın bir addımlığındadır. “Traxtur”un 39, “İstiqlal”ın isə 40 imtiyazı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar