SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: “İran əhalisinin 40 faizi türkcə danışır”

2021.10.20, 07:36
Əli Əkbər Salehi: “İran əhalisinin 40 faizi türkcə danışır”

Gunaz.tv

GünAz TV: Türk kimliyini inkar edən, 10 milyonlarla azərbaycanlını türk hesab etməkdən boyun qaçıran rejimin yüksək rütbəli təmsilçisi maraqlı etirafda bulunub.

 

Sözsuz ki, bu etiraf yeni deyil. Onlar çətinliyi düşdükləri zaman dəfələrcə belə açıqlamalar veriblər. Hətta Azərbaycanı İranın başı kimi qiymətləndiriblər, hətta bu baş dilsiz ola belə…!

 

İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyədə bildirib ki, “Türk xalqı qardaşımızdır” və aramızda çox yaxşı əlaqələr mövcuddur. O, əlavə edib ki, “İran əhalisinin 40 faizi türkcə danışır, bu da iki ölkə arasında güclü bir bağ meydana gətirir”.

“İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la keçirəcəyi müzakirələr böyük ehtimalla İstanbulda olacaq və mən də görüşün Türkiyədə keçirilməsinin tərəfdarıyam”. Bu fikirlər də İranın xarici işlər naziri Əli Əkbər Salehiyə aiddir. Onun sözlərinə görə, hazırda bununla bağlı tərəflər arasında müzakirələr davam edir: “Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton və İran Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə daimi təmasdadır. Yaxın günlərdə görüşün tarixi təyin olunacaq” deyə Salehi bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar