SON XƏBƏRLƏR

Leon Panetta: “İranın Hörmüz boğazını bağlamasına qarşı Pentaqonun hazır planları var”

2021.10.20, 07:36
Leon Panetta: “İranın Hörmüz boğazını bağlamasına qarşı Pentaqonun hazır planları var”

Gunaz.tv

GünAz TV: “Biz hər cür ssenariyə qarşı həmişə hazır olmuşuq. Hazırda İranın Hörmüz boğazını bağlamaq təhdidi ilə bağlı məsələdə də hər hansı addım atmırıq. Çünki bu məsələ ilə bağlı hazır planlarımız var”.

 

Bunu ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müdafiə naziri Leon Panetta deyib.

 

L. Panetta bildirib ki, iki ölkə arasında diplomatiyanın qalib gələcəyinə inanır: “Dialoq qura bilmək üçün iki tərəfin də iştirakı lazımdır və bunun üçün biz niyyətimizi hər zaman ortaya qoymuşuq. Ancaq İranın bölgəyə istiqamətlənmiş təhdidləri, nümayiş etdirdiyi bəzi hərəkətləri qarşısında məcbur qalsaq, hərbi yolla cavab verməyə hazır olduğumuzu da açıqlamışıq. ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə məhz sülhün qorunmasına yardımçı olmaq üçün bölgədəki varlığını davam etdirir”. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar