SON XƏBƏRLƏR

Azərbaycan 2050-ci ildə inkişafa görə 5 ölkədən biri olacaq

2021.10.20, 07:36
Azərbaycan 2050-ci ildə inkişafa görə 5 ölkədən biri olacaq

Gunaz.tv

GünAz TV: Vyanada hər il Avropa və MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri ilə bağlı keçirilən ənənəvi Euromoney konfransında HSBC (HSBC Global Research) qlobal (kürəsəl) araşdırma qrupu "Dünya 2050-ci ildə" adlı hesabatını təqdim edib.

Hesabata əsasən Azərbaycan uzunmüddətli perspektivdə (çeşməndaz) iqtisadi inkişafa görə dünya liderləri arasında yer alacaq. HSBC araşdırma qrupunun hazırladığı hesabatda əsasən iki məqama xüsusi diqqət yetirilib. Bunlar əhalinin gözlənilən artım tempi (nerxe roşd), dövlətin iqtisadi infrastruktura (altyapı, zirsaxt) investisiya (sərmayə yatırmaq) qoymaq imkanlarıdır. Bu əsaslarla hazırlanan hesabatda belə bir qənaətə gəlinib ki, dünya iqtisadiyyatında hazırkı inkişaf etmiş dövlətlər 2050-ci ildə iki dəfə azalacaq. İnkişafın əsasını isə inkişaf etməkdə olan dövlətlər təşkil edəcək. HSBC hesabatında dünya dövlətlərini üç kateqoriyaya (bölüm, dəstə) bölür. Birinci kateqoriyaya sürətlə inkişaf edən, 2-ci kateqoriyaya normal inkişaf edən, 3-cü qrupa isə sabit iqtisadiyyata malik dövlətlər daxildir. Bununla belə, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən 26 ölkə arasında yer alıb. Bu qrupa Çin, Malayziya, Filippin, Latın Amerikası ölkələri daxildir. Asiya ölkələri qrupunda Azərbaycan ümumi iqtisadi artım tempinə görə ilk beşlikdə qərarlaşır. HSBC hesab edir ki, 2050-ci ildə Azərbaycanda ümumi iqtisadi artım 600-700 faiz olacaq. Araşdırma qrupu dünya ölkələrinin hər onillik üçün iqtisadi inkişaf sürətini də dəqiqləşdirib. Azərbaycanda iqtisadi artım 2010-2020-ci illərdə 7, 2020-2030-cu illərdə 5,7, 2030-2040-cı illərdə 5, 2040-2050-ci illərdə 4,1 faiz olacaq. Bununla belə, hökumət infrastruktur layihələrinə investisiya qoyuluşu imkanlarını saxlaya bilsə bu rəqəmlər 1-1,2 faiz arta bilər. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar