SON XƏBƏRLƏR

Amerika İran üzərində nəzarəti bərpa edərsə…

2021.10.20, 07:36
Amerika İran üzərində nəzarəti bərpa edərsə…

Gunaz.tv

GünAz TV: «Əgər Amerika İran üzərində nəzarətini bərpa edərsə, Gürcüstan, Ermənistan və Azərbaycan NATO üzvü olacaqlar».  

GünAz TV mətbuat mərkəzinin “Tia.az”a istinadən yaydığı məlumata görə,  bu açıqlamanı Müasir İran Araşdırma Mərkəzinin rəhbəri Rəcəb Səfərov verib.

 Səfərov bildirib ki, İran üzərində Amerikanın nəzarəti bölgədəki ümumi vəziyyəti dəyişəcək və Rusiyanın mövqelərini zəiflədəcək. Onun sözlərinə görə, Cənubi Qafqazın hər üç ölkəsi İran məsələsindən iki və ya üç həftə sonra NATO üzvü olacaqlar. «ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İran üzərində nəzarəti ələ almasından sonra Orta Asiya bütünlüklə Amerikanın təsiri altına düşəcək. Xəzərdə isə qısa müddət ərzində ABŞ Hərbi Donanması (navqan) peyda olacaq. Gürcüstan zatən NATO-ya üzv olmaq üçün çalışır. Azərbaycan isə Qərbin təzyiqləri qarşısında duruş gətirə bilməyərək NATO üzvlüyünü qəbul etməli olacaq. Rusiyanın təsiri altında olan Ermənistan da prosesdən (sürəc) yaxasını qurtara bilməyəcək. Ermənilər Qarabağı geri qaytarmaqla, NATO-ya üzv olacaqlar».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar