SON XƏBƏRLƏR

İranlı millət vəkili Obamanın Xameneyiyə yazdığı məktubdan danışıb

2021.10.20, 07:36
İranlı millət vəkili Obamanın Xameneyiyə yazdığı məktubdan danışıb

Gunaz.tv

GünAz TV: Ağ ev Tehranı birbaşa danışıqlara başlamağa çağırır və Hörmüz boğazını bağlamağın potensial mənfi nəticələri ilə bağlı xəbərdarlıq edir.

ABŞ administrasiyasının (Amerika Birləşmiş Ştatlarının hökuməti) bu mövqeyi Birləşmiş Ştatlar prezidentinin İranın ali dini lideri ayətullah Əli Xameneyiyə ünvanlanmış məktubunda əks olunub.

 İran parlamentinin millət vəkili Əli Motəhəri məktubla tanış olub. “Fars” agentliyinin məlumatına görə, millət vəkili deyib ki, Barak Obama İraın birbaşa danışıqlara çağırıb: “Məktubun birinci hissəsi hədədən, ikinci hissəsi isə dialoq təklifindən ibarətdir”.

 Məktubun mövcudluğunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst də təsdiqləyib. Onun sözlərinə görə, Ağ evin təşəbbüslərinə cavab variantları (seçənək) nəzərdən keçirilir.

 Dünyanın neft nəqlinin 40 faizinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında böhran yanvarın (January) əvvəllərində yenidən gərginləşib. Rəsmi Tehran bəyan edib ki, əgər Avropa Birliyi İran neftinin qəşlinə embarqo (təhrim) qoysa, Hörmüz boğazında hərəkət məhdudlaşdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar