SON XƏBƏRLƏR

Erməni soyadlarının 80 faizi türk mənşəlidir

2021.10.20, 07:36
Erməni soyadlarının 80 faizi türk mənşəlidir

Gunaz.tv

GünAz TV: AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) türk mənşəli erməni soyadları ilə bağlı apardığı tədqiqat bunu sübut edib.

“Erməni soyadlarının 80 faizi türk mənşəlidir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi və şöbə müdiri Əziz Ələkbərli deyib.

O qeyd edib ki, türk mənşəli erməni soyadları ilə bağlı apardığı tədqiqat bunu sübut edib. Tədqiqatlar zamanı hazırda Ermənistanda mövcud olan 500-ə yaxın soyadın türk mənşəli olduğu aşkar edilib: “Bunlara misal olaraq, Köçəryan, Dəmirçiyan, Tumanyan, Nalbəndyan, Çörəkçiyan və digər soyadları göstərə bilərik. Erməni soyadlarının 20 faizini isə xristian (məsihi) dini ilə bağlı soyadlar təşkil edir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar