SON XƏBƏRLƏR

Barak Obama Əsədi “çökdürəcəyini” dedi

2021.10.20, 07:36
Barak Obama Əsədi “çökdürəcəyini” dedi

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında Azərbaycanın da iştirakı ilə gərgin Suriya müzakirələri gedir, Rusiya əliqanlı diktatoru ABŞ-dan (Amerika Birləşmiş Ştatları) qoruyacağını açıqladı.

ABŞ prezidenti Barak Obama Suriyada davam etməkdə olan qətliamların “qəbuledilməz” olduğunu bildirib. O deyib ki, Vaşinqton əvvəlki kimi Suriya prezidenti Bəşər Əsədin öz postundan getməsində israr edir. Obamanın sözlərinə görə, ABŞ (Avropa Birləşmiş Ştatları)  Əsədin və yaxın ətrafının istefasına diplomatik yollarla nail olmaq üçün səylərini artırır.

ABŞ prezidenti Əsədin beynəlxalq təzyiqlər qarşısında istefaya məcbur ediləcəyini deyib. “Biz İordaniya ilə sıx məsləhətləşmələri davam etdiririk, məqsəd elə beynəlxalq təzyiqlərə nail olmaqdır ki, indiki Suriya rejimi getməyə məcbur olsun” deyə, o bildirib. ABŞ prezidenti bu barədə Vaşinqtonda İordaniya kralı (padşah) II Abdullahla görüşündən sonra bildirib. Dövlət Departamentinin (xarici işlər nazirliyi) rəsmisi Mark Toner isə deyib ki, ABŞ BMT Təhlükəsizlik Şurasında Bəşər Əsədin tökdüyü qanlara görə məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qətnamənin qəbuluna nail olmağa çalışır.

Diplomat məlumat verib ki, hazırda BMT Təhlükəsizlik Şurasında Rusiya tərəfindən təklif edilmiş qətnamə layihəsi üzərində müzakirələr gedir. Bununla belə, layihədə ABŞ-ın və digər ölkələrin Suriyaya dair narahatlıqları tam əksini tapmır. Toner rusların, hər halda, belə təşəbbüslə çıxış etməsinin müsbət olduğunu da deyib. Xəbərlərə görə, Suriyada hər gün onlarla adam təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilir, ötən gün Homs şəhərində azı 32 nəfərin öldürüldüyü xəbər verilib. Qərb mənbələrinin xəbərlərinə görə, BMT Təhlükəsizlik Şurasında Rusiya tərəfindən təqdim edilən qətnamə layihəsinin müzakirələri zamanı qüvvələr nisbəti Qərbin xeyrinədir. Lakin Rusiya və Çin əvvəlki kimi Əsəd rejiminə qarşı sərt addımlara veto qoyur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar