SON XƏBƏRLƏR

Amerikada İran qadınlarının hüquq müdafiə hərəkatının üzvü qətlə yetirilib

2021.10.20, 07:36
Amerikada İran qadınlarının hüquq müdafiə hərəkatının üzvü qətlə yetirilib

Gunaz.tv

GünAz TV: ABŞ-da (Amerika Birləşmiş Ştatları) İran qadınlarının hüquqlarının müdafiə hərəkatının üzvü öldürülüb.

 

30 yaşlı  Gülarə Bağırzadə yanvarın (January) 16-da Hyustonda güllələnib. Yerli telkanalların məlumatına görə  hadisə zamanı o, avtomobildə olub. Ehtimal edilir ki,  qatil sərnişin oturacağı tərəfindən avtomobilə yaxınlaşıb və onun başından atəş açıb. Hadisə zamanı avtomobilin mühərriki işlək vəziyyətdə olub və o, yaxınlıqdakı evin qarajına çırpılıb.

 

Hadisə baş verən zaman qadın əvvəlki nişanlısı ilə telefonla danışırmış. Nişanlısı atəş səsi eşitmədiyini açıqlayıb.

 

Gülarə Bağırzadə Hyustonda xərçəng tətqiqatı mərkəzinin tələbəsi olub. Polis qətlin onun ictimai fəaliyyəti ilə əlaqəsi olub olmadığını araşdırır. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar