SON XƏBƏRLƏR

“Eurovision-2012”-də iştirak edəcək ölkələrin SİYAHIsı

2021.10.20, 07:36
“Eurovision-2012”-də iştirak edəcək ölkələrin SİYAHIsı

Gunaz.tv

GünAz TV: Bu il keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirakçı ölkələrin sayı 2008 və 2011-ci ildəki rekord qədərdir.

GünAz TV mətbuat mərkəzinin Lent.az-a istinadən yaydığı məlumata görə, 2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin Eurovision Mahnı Müsabiqəsində son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da Eurovision Mahnı Müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdəki rekordu təkrarlayıb.

 Eurovision Mahnı Müsabiqəsinin Baş prodüseri (baş yapımçı, tolid konənde) Yan Ola Sand 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun olduqlarını bildirib: “ Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq”

 Qeyd edək ki, Polşa ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Səbəb isə Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına (qəhrəmani) ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVPi-nin işinin gərginliyi ilə əlaqədar olduğu bildirilib.

 Beləliklə, 2012-ci ilin may ayında Azərbaycanda keçirilən Eurovision Mahnı Müsabiqəsi iştirak edəcək ölkələrin siyahısı belədir :

 1. Albaniya

 2. Ermənistan

 3. Avstriya (Otriş)

 4. Azərbaycan

 5. Belarus

 6. Belçika

 7. Bosniya və Herseqovina

 8. Bolqarıstan

 9. Xorvatiya (Korovasi)

 10. Kipr (Qıbrıs)

 11. Danimarka

 12. Estoniya (Estoni)

 13. Finlandiya

 14. Fransa

 15. Makedoniya (Məqduniyyə)

 16. Gürcüstan

 17. Almaniya

 18. Yunanıstan

 19. Macarıstan

 20. İslandiya

 21. İrlandiya

 22. İsrail

 23. İtaliya

 24. Latviya (letoni)

 25. Litva (Litvani)

 26. Malta (Malt)

 27. Moldova

 28. Monteneqro

 29. Niderland (Holənd)

 30. Norveç

 31. Portuqaliya

 32. Rumıniya

 33. Rusiya

 34. San Marino

 35. Serbiya

 36. Slovakiya

 37. Sloveniya

 38. İspaniya

 39. İsveç (Sued)

 40. İsveçrə (Suis)

 41. Türkiyə

 42. Ukrayna

 43. Böyük Britaniya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar