SON XƏBƏRLƏR

Vaşinqton İranı Suriyaya silah tədarükündə şübhəli bilib

2021.10.20, 07:36
Vaşinqton İranı Suriyaya silah tədarükündə şübhəli bilib

Gunaz.tv

GünAz TV: İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) ali xüsusi təyinatlı Qüds ordusu komandiri (fərmandeh) Qasim Süleymaninin bu yaxınlarda Suriyaya səfəri Tehranın Dəməşqə silah tədarük etməsinə sübut ola bilər.

bu barədə Pentaqon nümayəndələri bəyan ediblər.

 “Komandirin səfəri Suriya ilə İran arasında əməkdaşlığın yüksək səviyyədə olmasına konkret (açıq, müşəxxəs) nümunədir” - deyə ABŞ-ın hərbi idarəsindəki adı açıqlanmayan mənbə bildirib. Bu barədə Gün.Az RBK-ya istinadən xəbər yayıb.

 Qeyd edək ki, bir çox ekspertlər (karşünaslar) Pentaqonun bu bəyanatını Tehrana qarşı yalnız müharibəyə başlamaq üçün bir bəhanə kimi qiymətləndiriblər. Onu da əlavə edək ki, ABŞ (Amerika Birləşmiş Ştatları) artıq birinci dəfə deyil ki, İranı Suriyadakı qanlı münaqişəni dəstəkləməkdə ittiham edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar