SON XƏBƏRLƏR

Hörmüz boğazında problem yaranarsa İrana qarşı delfinlərdən istifadə oluna bilər

2021.10.20, 07:36
Hörmüz boğazında problem yaranarsa İrana qarşı delfinlərdən istifadə oluna bilər

Gunaz.tv

GünAz TV: Körfəzdəki ərəb ölkələrində çıxarılan xam neftin dünya bazarına daşındığı Hörmüz boğazını İran bağlamaq fikrinə düşərsə, ABŞ (Amerika Birləşmiş Ştatları) iranlıların hərbi gəmilərinə qarşı xüsusi təlim keçmiş delfinlərdən istifadə edəcək.

 

Bu barədə istefada olan amerikalı admiral (dəryasalar) Tim Kitinq deyib. O, planlaşdırılan əməliyyatların təfərrüatlarını açmasa da, deyib: "İranın hərbi gəmilərinə qarşı xüsusi "kommandos"lardan (yeqan vijə) yararlana bilərik". Bu barədə Milli.Az Reuters-ə istinadən xəbər yayıb.

 

Son 50 ildə ABŞ ordusunda olan delfinlər indiyədək dəfələrlə effkektivliyini sübut ediblər.

 

Onlar sualtı minaları asanlınqla tapır, kəşfiyyatla məşğul olur, başlarına bərkidilmiş kameralar (durbin) vasitəsilə düşmənə aid hədəfləri izləməyə imkan verirlər.

 

Ehtiyac yarananda isə bellərinə partladıcı maddələr bağlanmış delfinlər düşmənin gəmilərinə və ya diversantlarına hücum edərək onları məhv edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar