SON XƏBƏRLƏR

İran: Embarqo Avropa Birliyine İqtisadi İntihar Deməkdir

2021.10.20, 07:36
İran: Embarqo Avropa Birliyine İqtisadi İntihar Deməkdir

Gunaz.tv

İran: Embarqo Avropa Birliyine İqtisadi İntihar Deməkdir

Günaz TV: İran, Avropa Birliyinin İran neftinə embarqo qoymasının onlar üçün iqtisadi intihar olacağını açıqladı

İranın Neft İxrac edən Ölkələr Təşkilatı OPEC nümayəndəsi Məhəmməd Əli Hatibi, İranın xam neft ixracatına qarşı tətbiq olunacaq sanksiyaların Avropanı dərin böhranlara gətirib çıxaracağını müdafiə etdi.

Avropa Birliyi, İrandan satın aldığı neftə embarqo qoyub qoymamağı qiymətləndirir.Avropa Birliyi üzvü 27 ölkənin, İrandan neft idxalatının qadağan edilməsinin 6 ay sonra və petrokimya məhsullarının qadağan edilməsinin 3 ay sonra tətbiqə qoyulması mövzusunda uzlaşdığı bildirilmişdi.

Avropa Birliyinin bu mövzuda 23 Yanvar/ocaqda edəcəyi yığıncaqda qərar alması gözlənilir.Amerika Birləşmiş Dövlətləri də İran neftinə embarqo qoyma cəhdləri çərçivəsində İran Mərkəz Bankı ilə iş edən mali quruluşlara yeni sanksiyalar gətirməyi nəzərdə tutan qanunu qəbul etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar