SON XƏBƏRLƏR

İranda Xamneyi Tabusu yıxılır

2021.10.20, 07:36
İranda Xamneyi Tabusu yıxılır

Gunaz.tv

GünAz TV: İran dövlət televiziyasına müsahibə verən keçmiş deputat (millət vəkili), islahatçı Emad Əfruq vətəndaş hüquqlarından danışıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Emad Əfruq deyib: “Dini lider ayətullah Əli Xamneyi ölkə vətəndaşlarına cavabdeh olmalıdır. Hər kəsin dini rəhbəri sorğu-suala tutmaq haqqı olmalıdır və əgər rəhbər buna münasib və qənaətbəxş cavab verə bilməsə, demək o özü-özlüyünə tutduğu vəzifədən kənar edilmiş sayılmalıdır. Biz əvvəllər yol verdiyimiz səhvləri hələ də təkrarlayırıq. Yəni rəsmi qüdrəti qabardır, qeyri-rəsmi qüdrəti, xalqı heçə sayırıq. Bu isə elə bir uçuruma gətirib çıxarır ki, biz xalqın qəyyumu olmadığımızı, onların sadəcə olaraq adi təmsilçisi olduğumuzu unuduruq.

 

Hazırda ölkədə mövcud olan əsas problemlərdən biri xalqla hökumət arasında yaranmış məsafə və uçurumun getdikcə dərinləşməsidir. Hakimiyyətin legitimliyi (məşruiyyətini) hökmranın haqlılığından və onun populyarlığından (məhbubiyyət) asılıdır. Xalqın və cəmiyyətdəki ayrı-ayrı insanların da rolunu və hüququnu nəzərə almaq lazımdır. Hazırda xalq və onun hüququ ilə bağlı elə təfsirlər irəli sürülür ki, sanki xalq heç bir hüquqa malik deyil və olmamalıdır. Təəssüflər olsun ki, xalqa yalnız bir vəsilə kimi baxılır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar