SON XƏBƏRLƏR

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz: “Bu, Azərbaycana qarşı əsl virtual müharibədir”

2021.10.20, 07:36
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz: “Bu, Azərbaycana qarşı əsl virtual müharibədir”

Gunaz.tv

GünAz TV: Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkənin internet resurslarına (qaynaq, mənbə), o cümlədən dövlət saytlarına yanvarın (January) 16-da edilmiş haker hücumlarından danışıb.

“Turan”a açıqlamasında ekspert (karşünas) deyib: “Azərbaycanın internet resurslarına belə yaxşı planlaşdırılmış və kütləvi hücum heç vaxt olmayıb. Bu aksiyanın (əməlin) miqyası və nəticələri Azərbaycana qarşı internetdə əsl virtual (məcazi) müharibə başlandığından xəbər verir. İndiyədək hücumlar ayrı-ayrı saytlara və daha çox qeyri-hökumət qurumlarının saytlarına olurdu. Lakin indi dövlət orqanları, o cümlədən güc qurumları zərbə altında qalıb.

 Hakimiyyət araşdırma aparmalı və vəziyyətin ciddiliyini nəzərə alaraq bu məsələ ilə bağlı rəsmi bəyanat verməlidir. İlk növbədə “günahkar kimdir” sualına cavab tapılmalıdır. Dövlət saytlarının serverləri, hostinqləri və proqramları hakerlərə qarşı durmaq iqtidarında olmadı. Bu, hakimiyyətin ölkədə internetin inkişafı haqqında bəyanatlarını şübhə altına alır”.

 “Haker hücumu haradan gəlir” sualını cavablandıran Osman Gündüz deyib: “Mənbələrin təhlili hücumun İrandan gələ biləcəyini göstərib. Lakin yekun (nəhayi) cavab vermək hələ tezdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar