SON XƏBƏRLƏR

Ban Ki Mun Suriyada qurbanların qəbuledilməz səviyyəyə çatdığını deyir

2021.10.20, 07:36
Ban Ki Mun Suriyada qurbanların qəbuledilməz səviyyəyə çatdığını deyir

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Ban Ki Mun Təhlükəsizlik Şurasını Suriyada davam edən zorakılıqlarla bağlı ölçü götürməyə çağırıb. 

O, 10 ay davam edən üsyan zəminində qırılan adamların sayının "qəbuledilməz" səviyyəyə çatdığını deyir.

Əbu Dabiyə səfəri zamanı çıxış edən cənab Ban şuranı Suriyadakı böhranı aradan qaldırmaq üçün sistematik iş görməyə səsləyib. Qərb qüdrətləri uzun müddətdir ki, rəsmi Dəməşqi vətəndaşlara divan tutduğuna görə cəzalandırmağa çalışır, amma Rusiya və Çin ölçülərin qarşısını alırlar.

Rusiya Suriya prezidenti Bəşər əl-Əsədin hərbi müttəfiqidir və o, Suriyaya tətbiq ediləcək sanksiyaların (təhrim) təkcə hökuməti deyil, həmçinin müxalifəti hədəf almasını tələb edir.

Cənab Ban Ərəb Liqasını (birliyi) Bəşar əl-Əsədlə dialoq girdiyinə və Suriyaya müşahidəçi missiyası (görəvi) göndərdiyinə görə alqışlayıb.  O, liqanın bu səyləri davam etdirəcəyinə ümidini ifadə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar