SON XƏBƏRLƏR

Vaşinqtondan Güney Koreyaya İran təzyiqi

2021.10.20, 07:36
Vaşinqtondan Güney Koreyaya İran təzyiqi

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Güney Koreyanın İrandan neft idxalını azaltmasını istəyib.

 

Dövlət Departamenti (xarici işlər nazirliyi) rəsmisi Robert Eynhorn Tehran rejiminə nüvə proqramı ilə bağlı təzyiq edə bilmək üçün Seuldan İrandan xam neft ixracatını azaltmasını tələb edib.

 

Eynhorn eyni zamanda Güney Koreyadan Tehran Mərkəzi Bankı ilə əlaqələrini bir az "sərinləşdirməsini" istəyib.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Güney Koreya 200-dən çox iranlı qrup və şəxslə maliyyə əlaqələrinə məhdudiyyət gətirib. Ancaq İrandan neft idxalını kəsmək məsələsində qərar verə bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar