SON XƏBƏRLƏR

İrandan yeni Hörmüz təhdidi: "Təhlükə hiss etsək, bütün imkanlardan istifadə edəcəyik"

2021.10.20, 07:36
İrandan yeni Hörmüz təhdidi: "Təhlükə hiss etsək, bütün imkanlardan istifadə edəcəyik"

Gunaz.tv

GünAz TV: İran Hörmüz boğazı ilə bağlı təhdidlərinə daha birini əlavə edib.

 

Fars Xəbər Agentliyi dini lider Əli Xomeneyinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvinin bir tədbirdəki çıxışında "Təhdidlərə cavab vermək üçün bütün imkanlardan istifadə edəcəyik" dediyini xəbər verib.

 

ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın Hörmüz boğazı ilə bağlı məktubuna münasibət bildirən Səfəvi bu boğazın dünya ticarəti və enerjisi üçün strateji əhəmiyyətə malik olduğunu söyləyib. Hörmüz boğazından gündə 15-17 milyon barrel (boşka) neft keçdiyini bildirən Səfəri İranın bölgənin güclü dövləti olaraq bu marşrutun (məsir) təhlükəsizliyi üçün məsuliyyət daşıdığını bildirib. General "İran təhlükə hiss edərsə, mənafelərini qorumaq üçün siyasi və digər bütün imkanlardan istifadə edəcək" deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar