SON XƏBƏRLƏR

Türk dünyası Rauf Denktaşla vidalaşır

2021.10.20, 07:36
Türk dünyası Rauf Denktaşla vidalaşır

Gunaz.tv

GünAz TV: Quzey Qıbrıs Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaş bu gün son mənzilə yola salınır.

 

Yanvarın (January) 13-də gecə saat 12-də Yaxın Doğu Universitetinin xəstəxanasında vəfat edən R.Denktaşın cənazəsi Lefkoşadakı Cümhuriyyət Parkında torpağa tapşırılacaq. Onunla vida mərasimi başa çatdıqdan sonra Səlimiyyə məscidində cənazə namazı qılınacaq.

 

Günorta saatlarında keçiriləcək dəfn mərasimində Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri  Cəmil Çiçək, baş nazirin Kipr məsələləri üzrə müavini Bəşir Atalay və xarici işlər naziri Əhməd Davudoğlunun iştirak edəcəyi gözlənilir. Bundan başqa, mərasimdə indiyə qədər Türkiyəni Qıbrısda təmsil etmiş diplomatlar da iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar