SON XƏBƏRLƏR

Nazirlik Hücuma məruz qalmış Azərbaycan saytlarının sayını açıqladı

2021.10.20, 07:36
Nazirlik Hücuma məruz qalmış Azərbaycan saytlarının sayını açıqladı

Gunaz.tv

GünAz TV: Ötən gün Azərbaycanın bir sıra rəsmi qurumlarının saytlarına edilən haker hücumu ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi mövqeyi məlum olub.

 

RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov ANS PRESS-ə açıqlamasında mütəxəssislərin ötən gün baş vermiş hadisə ilə bağlı araşdırma apardıqlarını bildirib. Nazirlik rəsmisi araşdırma yekunlaşdıqdan sonra hər hansı məlumatın verilməsinin mümkün olacağını söylədi.

 

“Ötən gün 20-yə yaxın rəsmi qurum və qeyri-hökumət təşkilatlarının saytına haker hücumu olub. Hücum kütləvi xarakter (mahiyyət) daşıdığından araşdırma bir qədər vaxt aparacaq. Araşdırma tam yekunlaşdıqdan sonra mətbuata məlumat veriləcək”, - deyə Müşfiq Əmirov bildirib.

 

Xatırladaq ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (yap.org.az), Azərbaycan Konstitusiya Məhkəməsi (www.constcourt.gov.az) və Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (rabita.az) rəsmi saytları dağıdılmışdı. Bundan sonra müvafiq olaraq Təhsil Nazirliyinin edu.gov.az, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az, habelə Abşeron Rayon İcra Hakimiyyətinin absheron.gov.az, Dövlət Gömrük Komitəsi və Təhsil Nazirliyinin strukturlarından olan texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının saytları saytları da haker hücumuna məruz qalmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar