“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
GünAz TV mətbuat mərkəzi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) ƏSASNAMƏsini təqdim edir:
“Güney Azərbaycan milli azadlıq hərəkatında ortaq prinsiplər əsasında birgə fəaliyyət zərurətindən irəli gələrək,12 dekabr 2009-cu il tarixində Amsterdam toplantısı keçirildi. Amsterdam toplantısında milli qüvvə və təşkilatların qəbul etdikləri 12 maddəlik bəyaniyə bütövlükdə Güney Azərbaycan milli hərəkatının sistemli fəaliyyət istiqamətini müəyyənləşdirir. Bruksel toplantısında iştirak edən milli qüvvələrin dəstəyi ilə bu istiqamətdə aparılan fəaliyyət Güney Azərbaycanın ümummilli problemlərinin uluslararası məkanda gündəmə gətirilməsi və həlli, daxildə və xaricdə milli hərəkatın geniş əhatəli sistemli inkişafa yol açması, Azərbaycan siyasi toplumunun dünyaya tanıtdırılması baxımından olduqca önəmlidir. 12-13 iyun 2010-cu il tarixdə Brukseldə keçirilən toplantıda Güney Azərbaycan milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyini təşkilat formasında reallaşdırmaq məqsədilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) yaradılması təklifi irəli sürüldü və səsçoxluğu ilə qəbul olundu.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 12 müddəadan ibarət Amsterdam bəyaniyyəsini özündə ehtiva edən və Güney Azərbaycan milli maraqlarına dayanaraq demokratik fəaliyyət göstərən milli-siyasi qurumdur.
GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN
N İ Z A M N A M Ə S İ
ÜMUMİ MÜDDƏALAR
1. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (bundan sonra GAMAC) Almaniyanın Hanovver şəhərində rəsmi qeydiyyatdan keçmiş leqal və şəffaf fəaliyyət göstərən qeyri- kommersial qurumdur.
2. GAMAC hüquqi şəxsdir, müstəqil balansa, bank hesabına, möhürə, loqoya, blanka malikdir.
3. GAMAC, bu Nizamnamə ilə nəzərdə tutulan məqsəd və vəzifələrini həyata keçirməkdən ötrü müxtəlif ölkələrdə filiallarını, nümayəndəliklərini yaradır və onların fəaliyyətini dayandırır.
4. Cəbhə bu Nizamnamə ilə nəzərdə tutulmuş vəzifələrini həyata keçirmək məqsədilə siyasi qurumlar, ictimai birliklər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
II. GAMAC-IN PRİNSİPLƏRİ VƏ FƏALİYYƏT İSTİQAMƏTİ
5. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin prinsip və fəaliyyəti Amsterdam bəyaniyyəsinin 12 maddəsinə əsaslanır. 5.1. Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə irançılığı(paniranizmi), fars rasizmi və onu təmsil edən bugünkü İran İslam Cümhuriyətini əsas maneə kimi görür.
5.2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda müstəqil milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbaycanın hüdudları xaricində yaşayan digər türk xalqların milli haqlarını da qorumaq lazımdır. Azərbaycan milləti öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.
5.3. Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.
5.4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməli, millətimizin yaşayış səviyəsi dünyanın inkişaf etmiş millətləri səviyəsinə yüksəlməlidir.
5.5. Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın-kişi hüquq bərabərliyi uğrunda mübarizə aparır.
5.6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və yaşam tərzi kimi bütün mədəni və siyasi azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir. 5.7. Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır. 5.8. Milli Hərəkat aria rasizm sisteminin təmsilçisi olan İran İslam Cümhuriyətinin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparır. 5.9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni dəstəkləməli,ona uluslararası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycan milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır. 5.10. Güney Azərbaycan Milli Azadlıq Hərəkətı müstəqil, laiq və demokratik hərəkatdır. 5.11. Güney Azərbayan Milli Azadlıq Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyonların Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır. 5.12. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Amsterdam bəyaniyyəsindən irəli gələn bu məqsədlərlə yanaşı, Güney Azərbaycanda ətraf mühit və milli, tarixi və mədəni sərvətlərin qorunması ilə baglı konkret layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
III. GAMAC-IN HÜQUQLARI VƏ FƏALİYYƏT PRİNSİPLƏRİ
6. Cəbhə öz məqsəd və vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
6.1. Qanunvericilik çərçivəsində müstəqil fəaliyyət göstərmək;
6.2. Məqsəd və fəaliyyəti barədə sərbəst məlumat yaymaq;
6.3. Cəmiyyət, siyasi qurumlar, ictimai birliklər və beynəlxalq təşkilatları Azərbaycan haqqında məlumatlandırmaq;
6.4. Konfranslar, dəyirmi masalar, seminarlar təşkil etmək;
6.5. Mətbuat konfransı keçirmək;
6.6. Qanunvericiliklə müəyyən edilmiş qaydada mətbuat orqanları təsis etmək, bülletenlər və başqa nəşrlər buraxmaq;
6.7. Elmi-kütləvi ədəbiyyat nəşr etdirmək;
6.8. Müqavilələr və sazişlər bağlamaq;
6.9. Beynəlxalq əlaqələr yaratmaq;
6.10. Beynəlxalq qeyri-hükumət təşkilatları ilə əməkdaşlıq etmək;
6.11. Öz fəaliyyətini həyata keçirmək üçün Nizamnamədə nəzərdə tutulan bütün mənbə və üsüllar vasitəsilə Cəbhənin maliyyələşməsini təşkil və təmin etmək;
7. Cəbhənin fəaliyyət prinsipləri:
7.1. Cəbhə Nizamnaməsinə ciddi əməl edir.
7.2. Cəbhə etik-əxlaqi prinsipləri yüksək qiymətləndirir.
IV. GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNƏ ÜZVLÜK
8. Cəbhənin Nizamnamə müddəalarını yerinə yetirməyi öhdəsinə götürən, Amsterdam bəyaniyyəsini qəbul edən hər bir fiziki şəxs GAMAC-a üzv ola bilər. Üzvlüyün digər şərtlərini İdarə heyəti müəyyən edir.
9. GAMAC-a üzvlük fərdidir.
10. GAMAC-a üzv olmaq İH-nin qərarı və təsdiqi ilə həyata keçirilir.
11. GAMAC-ın Nizamnaməsinə və prinsiplərinə zidd hərəkət edən üzv İH-nin qərarı əsasinda üzvlükdən azad edilir.
12. GAMAC-da üzvlük İdarə heyətinin qərarı olmadan heç bir şəxsə əlavə imtiyaz vermir.
13. Üzvlər üzvlük haqqı ödəyirlər. Üzvlük haqqının məbləği İdarə heyəti tərəfindən illik 60 (altmış) euro müəyyənləşdirilib.
V. GAMAC-IN İDARƏETMƏ ORQANLARI VƏ ONLARIN SƏLAHİYYƏTLƏRİ
14. Cəbhənin idarəetmə orqanları aşağıdakılardır:
Qurultay, İdarə Heyəti, Başqan, Katib, Beynəlxalq Əlaqələr və Təşkilat məsulu.
15. Cəbhənin ali idarəetmə orqanı qurultaydır. Qurultay ildə bir dəfə və ya ən geci iyirmi
dörd ay fasilə ilə çağırılır. Lazım gəldikdə idarə heyəti üzvlərinin üçdə ikisinin (2/3) səsi ilə fövqəladə iclas çağrılır.
15.1. Qurultay Cəbhənin Nizamnaməsini qəbul edir, İH onda dəyişikliklər, əlavələr edir.
15.2. Qurultay illik fəaliyyətlərin hesabatını alır və növbəti fəaliyyət dövrü üçün yeni iş planı qəbul edir.
15.3. Qurultay gizli səsvermə yolu ilə 11 (və ya 9) nəfərdən ibarət idarə heyətini seçir.
15.4. Qurultay bəyanat və qətnamə qəbul edir.
16. İdarə Heyəti:
16.1. İdarə Heyəti 9 (və ya 11) nəfərdən ibarətdir.
16.2. İdarə Heyəti Cəbhənin fəaliyyətini həyata keçirən orqandır.
16.3. İdarə Heyəti öz səlahiyyətləri çərçivəsində Cəbhənin daxili qaydalarını, bölmə və nümayəndəliklərini, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılmasını, ayrı-ayrı kadrların funksiyalarını və s. müəyyən edir.
16.4. İdarə Heyəti qurultaydan qurultaya seçilir və İH öz üzvləri arasından növbəti qurultaya qədər başqan, mətbuat sorumlusu, katib və lazım gələn digər məsulları seçir.
16.5. İdarə Heyətinin qərarları idarə heyəti üzvlərinin 50%-i iştirak etdikdə və iştirak edənlərin 50+1 nəfər lehinə səs verdikdə qəbul edilmiş hesab olunur.
16.6. İdarə Heyəti üç qaydada qərar çıxarır: iclas, iclaslararası e-mail və tapşırıq əsasında.
16.7. İdarə heyəti üzvləri e-mail adreslərinə daxil olan təkliflərə 7 gün müddətinə fikir bildirir və 3 gün müddətinə qərar qəbul edirlər.
16.8.İdarə heyətində çıxarılan qərarın icrası bir fərd, bir komissiya və ya işçi qrupuna tapşırılır. Fərd və ya komissiyanın yerinə yetirdiyi tapşırıq İdarə heyətinin təsdiqindən sonra həyata keçirilir.
16.9.İdarə Heyətinin qəbul etdiyi qərarlar sənədləşmədiyi halda etibarsız sayılır. Katib alınan qərarları protokollaşdırır və İdarə heyətinin bütün üzvlərinə göndərir.
16.10.İdarə heyətinin iclaslarında səbəb göstərilmədən ardıcıl olaraq 3 dəfədən çox iştirak etməyən idarə heyəti üzvü idarə heyyətinin qərarı ilə İH üzvlüyündən kənarlaşdırılır və qurultayda səsçoxluğu ilə seçilmiş İH-nin əvəzedici üzvü İH-nin əsas üzvü kimi fəaliyyətə başlayır.
16.11.İdarə heyəti üzvlərinin hər hansı biri hər hansı səbəbdən dolayı GAMAC-da fəaliyyət göstərmək istəmədiyi halda İH üzvlüyündən çıxma səbəbi haqqında yazılı məlumat verməlidir. İdarə heyəti bu məlumata əsaslanaraq həmin üzvü İH-dən kənarlaşdırır.
17. Cəbhənin fəaliyyətinə başqan rəhbərlik edir.
18. Katib İdarə Heyətinin katibi və qurumun daxili əlaqələr məsuludur.
18.1.Katib sənədlərin, iclas protokollarının hazırlanması, qurumun daxili əlaqələrinin tənzimlənməsi, digər qurum və təşkilatlarla əlaqələrin qurulması və s. səlahiyyətləri həyata keçirir.
19. Mətbuat sorumlusu Cəbhənin fəaliyyəti və keçiriləcək tədbirlərlə bağlı məlumatları, bəyanatı və s. mətbuata çatdırır.
VI.GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN
MALİYYƏ FONDU
20. Cəbhənin maliyyə fondu GAMAC-ın qeydiyyatdan keçdiyi ölkənin qanunvericiliyinin icazə verdiyi üsul və mənbələrdən yararlanmaqla, həmçinin Güney Azərbaycan milli hərəkat fəalları, milli hərəkatı müdafiə edən qurum və şəxslərin yardımı ilə yaradılır.
21. Cəbhənin maliyyə fondu İH tərəfindən müəyyən edilmiş heyət tərəfindən idarə olunur.
22. Maliyyə fonduna nəzarət edən heyət İH-nə hesabat verir.
23. Cəbhənin vəsaiti İdarə heyətinin qərarlarına uyğun olaraq xərclənir.
VII. CƏBHƏNİN FƏLAİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
24. Cəbhənin fəaliyyətinə yalnız qurultayda üzvlərinin ən azı üçdə ikisinin razılığı ilə xitam verilə bilər.
25. Cəbhənin fəaliyyəti dayandırıldıqdan sonra onun əmlakı İH-nin qərarına uyğun olaraq sərf edilir.”
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası