SON XƏBƏRLƏR

Suriyadə Türkiyə yolcu avtobusuna hücum

2021.10.20, 07:36
Suriyadə Türkiyə yolcu avtobusuna hücum

Gunaz.tv

Suriyadə Türkiyə yolcu avtobusuna hücum

Günaz TV : Suriyanın paytaxtı Şamdan Hataya getməkdə olan bir Türkiyə yolçu avtobusuna, silahlı qruplar tərəfindən silahlı və daşlı hücum olub.

şam-Hatay arası yolçu taşımacılığı edən bəzi firma səlahiyyətlilərindən alınan məlumata görə dünən axşam 22:00də, Şamdan Türkiyəyə tərəf yola çıxan bir yolçu avtobusuna, Suriyanın İdlib şəhərindəki Xan Şeyxin bölgəsində, bəzi silahlı qruplar tərəfindən atəş açıldığı, hücum nəticəsində ölü ya da yaralının olmadığı yalnız avtobusun bir şüşəsinin qırıldığı ifadə edildi.

Telefonla Anadolu Ageniyi müxbirinə məlumat verən bir yolçu isə, "Bizdən əvvəlki avtobusa atəş açıldığını öyrəndikdən sonra, bizim içində olduğumuz avtobus, işıqlarını bağlayaraq yoluna davam etmək məcburiyyətində qaldı" dedi.

Avtobus firmaları səlahiyyətliləri, bir neçə gün əvvəl də eyni bölgədə bir Türkiyə yolcu avtobusunun, silahlı və üzləri bağlı kəslər tərəfindən dayandırıldığını, və təxminən 6 min Türk lirəsi məbləğində pul ilə cib telefonlarının qəsb edildiyini ifadə etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar