SON XƏBƏRLƏR

Dünyanın Gözü Hürmüz Boğazında

2021.10.20, 07:36
Dünyanın Gözü Hürmüz Boğazında

Gunaz.tv

Dünyanın Gözü Hürmüz Boğazında

ABŞ Başçısı Barak Obamanın Hürmüz Boğazına bağlı məktubuna İrandan sərt cavab gəldi.

Hürmüz Boğazı ilə əlaqədar Amerika ilə sərt bir mübahisə girən İran, təhdidlərə qarşı bütün imkanlardan istifadə ediləcəyini bildirdi.

İranın neft ixracatını da sanksiyalar siyahısına almağı planlayan ABŞ və Avropa ölkələri, dünya bazarının İran neftinə asılılığını azaltmaq üçün lobbi fəaliyyətlərinə davam ediləcəyini bildirmişdi.

İranlı əsgəri və siyasi səlahiyyətlilər, neft ixracatının maneə törədilməsi vəziyyətində dünya neft ticarətinin yüzdə 40 qədərinin edildiyi Hürmüz Boğazını bağlayacaqlarını açıqlamış idi.

Hürmüz Boğazı, Avropa, Amerika və Çin üçün böyük bir əhəmiyyət daşıyır. Söz mövzusu üç bölgə də enerji ehtiyacının əhəmiyyətli qisimini söz mövzusu boğazdan təmin etməyə çalışdığı üçün Hürmüz Boğazı strateji olaraq böyük bir əhəmiyyətə sahibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar