SON XƏBƏRLƏR

İran Azərbaycana qarşı kütləvi kiberhücuma başladı: “Bir neçə sayt dağıdılıb”

2021.10.20, 07:36
İran Azərbaycana qarşı kütləvi kiberhücuma başladı: “Bir neçə sayt dağıdılıb”

Gunaz.tv

GünAz TV: Azərbaycanın dövlət orqanlarının, hakim siyasi partiyasının və bəzi KİV-nin (kütləvi informasiya vasitələri) saytlarına kütləvi kiberhücum başlayıb.

Lent.az-ın məlumatına görə, artıq Azərbaycan Respublikasının (Cümhuriyyəti) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Konstitusiya (Anayasa) Məhkəməsinin, Yeni Azərbaycan Partiyasının və Trend İnformasiya Agentliyinin saytları dağıdılıb.

 Kibercinayətkarlar özlərini “islamçı veb mühəndislər” kimi təqdim edirlər. Lent.az-ın poçtuna daxil olan məktubda kiberhücumun davam edəcəyi barədə xəbərdarlıq yer alıb. Həmin xəbərdarlıq məktubunda deyilir:

“Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə

 On ildən artıqdır ki, ABŞ (Amerika Birləşmiş Ştatları), Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur.

 Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual (məcazi)  hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”.

 Lent.az-ın texniki mütəxəssisləri bu məktubun və Azərbaycana qarşı kiberhücumun hansı mənbədən aparıldığına dair ilkin araşdırma aparıb. Məlum olub ki, hücum və məktub İranda yerləşən ip-ünvandan və kompüterdən həyata keçirilir.

Daha bir məlumatına görə, Trend informasiya agentliyinin saytı fəaliyyətini bərpa edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar