SON XƏBƏRLƏR

Şahrux Zamanı tutuqlanıb, 3 nəfər isə ETTELAATa çağırılıb

2021.10.20, 07:36
Şahrux Zamanı tutuqlanıb, 3 nəfər isə ETTELAATa çağırılıb

Gunaz.tv

GünAz TV: Dünən 2012-ci il yanvarın 15-i (1390-cı il deyin 25-i) azərbaycanlı işçi fəal Şahrux Zamani öz iş yerində tutuqlanıb.

 

Daha 3 nəfər (Məhəmməd Cərrahi, Nima Puryəqub və Sasan Vahibivəş) işçi fəal isə telefon vasitəsi ilə Təbriz zindanının yanındakı ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) 37-ci otağına çağırılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı işçi fəallar 2011-ci il avqustun 18-i (1390-cı il mordadın 27-i) Təbrizin inqilab məhkəməsində mühakimə olunub və toplam 26.5 il həbs cəzasına məhkum ediliblər.

 

Məhkəmə hökmü Şərqi Azərbaycanın apelyasiya məhkəməsi (dadqah-i təcdide nəzər) tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar