SON XƏBƏRLƏR

Azərbaycan İran kimi ölkələrə internet xidmətləri ixrac edir

2021.10.20, 07:36
Azərbaycan İran kimi ölkələrə internet xidmətləri ixrac edir

Gunaz.tv

GünAz TV: 2010-cu ildə Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 50-yə çatıb.

Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda isə Azərbaycan əhalisinin 60 faizi internet istifadəçisidir.

 İnternet istifadəçilərinin təxminən yarısı genişzolaqlı internet xidmətlərindən istifadə edir. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Ölkənin bütün ərazisini əhatə edən fiber-optik (fibr-nuri) magistral (əsasi) şəbəkələr qurulmuşdur. Bunlara misal olaraq, AzDataCom, Deltatelekom, Azərtelekom və s. göstərmək olar.

Beynəlxalq internet kanallarının ümumi tutumu 45Gb/saniyəyə çatdırılıb və bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar