SON XƏBƏRLƏR

İran neft istehsalı ilə bağlı qonşularına xəbərdarlıq edib

2021.10.20, 07:36
İran neft istehsalı ilə bağlı qonşularına xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: İranın OPEK rəsmisi Məhəmməd Əli Xətibi bəyan edib ki, Avropa Birliyi İran neftinə embarqo (təhrim) tətbiq etdiyi halda ərəb qonşuları İran nefti yerinə neft istehsalını artırmamalıdır.

 

Xətibi bildirib ki, bunun nəticələri xaotikdir (düzənsizlik). Onun sözlərinə görə, ərəb dövlətləri belə macəra ilə məşğul olan dövlətlərlə əməkdaşlıq etməməli və ağıllı siyasət aparmalıdır. Bu barədə “Mərkəz” Türkiyə mətbuatına istinadən məlumat yayıb.

 

Qeyd edək ki, Avropa Birliyi ölkələri İran neftine embarqo tətbiqini qərarlaşdırıb. Tehran rəhbərliyi əvvəl də Qərb ölkələri xəbərdar edərək, neftinə sanksiya tətbiq olunacağı təqdirdə Hörmüz boğazını bağlayacağını bəyan etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar