SON XƏBƏRLƏR

Ərəb liderindən Suriyaya qarşı hərbi müdaxiləyə ilk Çağırış

2021.10.20, 07:36
Ərəb liderindən Suriyaya qarşı hərbi müdaxiləyə ilk Çağırış

Gunaz.tv

GünAz TV: Qətər əmiri qırğınlara son qoymaq üçün bu ölkəyə hərbi qüvvə göndərməyin vacib olduğunu deyib.

Qətər əmiri Suriyadakı qan axıdılmasına son qoymaq məqsədilə bu ölkəyə ərəb ölkələrinin hərbi qüvvələrinin göndərilməsinə çağırıb.

Bu ərəb liderinin hərbi müdaxiləyə ilk çağırışdır. Həmməd Xəlifə əl-Tani bu bəyanatla Amerikanın CBS telekanalına müsahibəsində çıxış edib.

Qətər Liviya (Libi) lideri Müəmmar Qəddafinin devrilməsində də müxalifətə fəal dəstək göstərib.

Suriyada isə qanlı qarşıdurma səngimək bilmir. BMT (Birləşmiş Millətlər Təşkilatı) nümayişçilərlə təhlükəsizlik qüvvələrinin toqquşmalarında 5 minədək adamın öldürüldüyünü bildirib.

Hazırda Suriyada Ərəb Liqası (birliyi) müşahidəçilərinin missiyası (görəv) fəaliyyət göstərir. Müşahidəçilərdən biri vəzifəsini tərk edərək ölkədəki vəziyyəti "humanitar (insane) fəlakət" kimi təsvir edib.

Ənvər Malik əl-Cəzirə telekanalına deyib ki, Suriyada hərbi cinayətlərin açıq əlamətlərini gördüyü üçün müşahidəçi qrupundan çıxıb. O, BMT missiyanın fəaliyyətə başlamasından bəri hər gün 40 adamın öldürüldüyünü bildirib.

Bu arada BMT-dəki ABŞ (Amerika Birləşmiş Ştatları) nümayəndəsi deyib ki, rəqəmlər Süriya hökumətinin etirazçılara təzyiqinin artmasından xəbər verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar