SON XƏBƏRLƏR

Böyük Britaniya İrana qarşı hərbi kampaniyanın aparılması ehtimalını gözdən keçirir

2021.10.20, 07:36
Böyük Britaniya İrana qarşı hərbi kampaniyanın aparılması ehtimalını gözdən keçirir

Gunaz.tv

GünAz TV: Böyük Britaniya nüvə silahının yaranmasına yol verməmək məqsədi ilə İrana qarşı hərbi kampaniyanın aparılması ehtimalını istisna etmir, lakin eyni zamanda hadisələrin belə inkişaf variantını (seçənək) da təbliğ etmir.

Gün.Az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Uilyam Heyq bəyan edib.

 “Biz heç vaxt heç bir ehtimalı istisna etməmişik, lakin bununla yanaşı onlardan hansısa birini dəstəkləməmişik. Biz güman edirik ki, heç bir ehtimal müzakirələrdən çıxarılmamalıdır, İrana təzyiq də elə bundan ibarətdir. Lakin, əlbəttə ki, biz hərbi aksiyanın keçirilməsinə çağırmırıq və onu təbliğ etmirik.

Əgər İran iştirak edərsə biz konstruktiv (yararlı) danışıqların başlanması mövqeyindən çıxış edirik, həmçinin İranın hər hansı bir güzəştə getməsinə nail olmaq üçün sanksiyaların (təhrim) tətbiq edilməsi məqsədi ilə təzyiqin gücləndirilməsi mövqeyini dəstəkləyirik” - deyə Britaniyanın XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, İranın hərbi nüvə proqramını inkişaf etdirmək istəyi artmaqda olan təhlükəli vəziyyət yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar