SON XƏBƏRLƏR

İran, Sui-qəsddən İsraili Sorumlu tutdu

2021.10.20, 07:36
İran, Sui-qəsddən İsraili Sorumlu tutdu

Gunaz.tv

İran, Sui-qəsddən İsraili Sorumlu tutdu

Günaz TV : İran Respublika başçısı Birinci Köməkçisi Rəhimi, İranlı elm adamı Mustafa Əhmədi Ruşen sui-qəsdində İsrailin əli olduğunu söylədi.

İranın rəsmi xəbər agentliyi IRNAə görə: Rəhimi bir yığıncaqda etdiyi danışmada Əhmədi Ruşenə təşkil edilən bombalı hücumu ''şübhəsiz sionistlərin işi'' şəklində qiymətləndirdi və bu qara ləkənin düşmənlərin alınlarından heç bir zaman silinməyəcəyini söylədi.

Rəhmi, ''Sanksiyalarla bir yerə çata bilməyən düşmənlərimiz, indi elm adamlarımızı hədəf alır, ancaq bu üsul da onları məqsədlərinə çatdıra bilməyəcək'' deyə açıqladı.

İranın inkişafını və gəlişməsini istəməyən düşmənləri sanksiyaları hər keçən gün daha da ağırlaşdırırlar ancaq ''Onlar, keçmişdə olduğu kimi yenə uduzmaya məhkumdurlar'' dedi.

İranlı elm adamı Əhmədi Ruşen, 11 Yanvar/ocaqda bombalı hücumda həyatını itirmişdi. Cümə günü Əhmədi Ruşen üçün təşkil edilən cənazə mərasiminə on min nəfərə yaxın insan qatılmışdı, və ''ABŞ, İsrail və İngiltərə'' əleyhində şüarlar atılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar