SON XƏBƏRLƏR

Körfəz bölgəsində Gərginlik Artır

2021.10.20, 07:36
Körfəz bölgəsində Gərginlik Artır

Gunaz.tv

Körfəz bölgəsində Gərginlik Artır.

Günaz TV: İran, neftinə embarqo tətbiq olunması halında, körfəz ölkələrindən bunu telafi etmək üçün neft istehsalını artırmamaları üçün uyardı.

İranın OPEC səlahiyyətlisi Məhəmməd Əli Hatibi, Avropa Birliyinin İran neftinə embarqo tətbiqə başlaması halında, Ərəb qonşulardan, İran nefti yerinə neft istehsallarını artırmamalarını istədi. Hatibi, "Bunun nəticələri nəzərdə tutula bilməz. Ərəb qonşularımız belə macəraçılarla əməkdaşlıq etməməli və ağıllı siyasətlər izləməlidir" dedi.

Avropa Birliyi ölkələri, prinsip olaraq İran neftinə embarqo tətbiq olunmasını qərarlaşdırmışdı.Tahran rəhbərliyi daha əvvəl də qərbli ölkələri xəbərdar edərək, neftinə sanksiya tətbiq olunması halında Hürmüz Boğazını bağlayacağı təhdini etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar