SON XƏBƏRLƏR

Misirdə Seçkilər Nəticələndi

2021.10.20, 07:36
Misirdə Seçkilər Nəticələndi

Gunaz.tv

Misirdə Seçkilər Nəticələndi

Misirdə seçkilər Azadlıq və Ədalət Partiyasının yüzdə 46 oy ilə 1. sırada tamamlaması ilə nəticələndi.

Misir Yüksək Seçki təşkilatı Başçısı Hakim Abdulmuiz İbrahim, paytaxt Qahirədə bir mətbuat konfransı təşkil edərək üç mərhələli parlament seçkilərinin nəticələrini açıqladı.

Seçkilərin qalibi yüzdə 46 oy nisbəti ilə Müsəlman Qardaşlar Hərəkətinin siyasi qolu Azadlıq və Ədalət Partiyası oldu.

Partiya bu nəticələndir məclisdə 232 kürsü qazandı.Sələfilərin partiyası Nur isə yüzdə 23 ilə ikinci sırada iştirak etdi.

Yüksək Seçki təşkilatının Başçısı, danışmasında seçkilərdən əvvəl ölkədə yaşanan şiddət hadisələrinə də toxundu.

Başçı Abdulmuiz İbrahim, Misirdə seçkinin maneə törədilməsi üçün ölkə içindəki bəzi qruplara xarici dəstək təmin edildiyinin təyin olunduğunu və bu mövzuda istintaq başladıldığını ifadə etdi.

Hüsnü Mübarəyin aşmasından sonra ölkəni idarə etmə vəzifəsini boynuna götürən ordu, İyunun sonuna qədər rəhbərlikdə qalacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar