SON XƏBƏRLƏR

İraqda Şiə hacılara hücumda ən azı 50 nəfər ölmüş

2021.10.20, 07:36
İraqda Şiə hacılara hücumda ən azı 50 nəfər ölmüş

Gunaz.tv

İraqda Şiə hacılara hücumda ən azı 50 nəfər ölmüş

 

 

GUNAZTV:İraqın cənubundakı Bəsrə şəhəri yaxınında Şiə hacılara qarşı təşkil edilən intihar hücumunda ən az 50 adamın öldüyü bildirilir.

İraq təhlükəsizlik gücləri, Zübeyr şəhərindəki bombalı hücumun, Ərbəin mərasimlərinə qatılmaq üçün toplanan Şiələri hədəf aldığını açıqladı.

 

Ölkədə, bu cür hücumların edilməsi gözlənildiyindən güclü təhlükəsizlik tədbirləri həyata keçirilmişdi.

Keçən həftələr boyunca çox sayda Şiənin də bənzər hücumlarda öldüyü bildirilir.

Bəsrədəki xəstəxanalar, hücumlarda yaralanan 91 xəstəni müalicə etməkdə olduqlarını birdirmişlər.

Hücüm edənlərin Bəsrənin Zübeyr mahalındakı böyük bir Şiə məscidinə getmək istəyən hacılara bir polis idarə nöqtəsində hücum təşkil etdiyi bildirilir.

Reuters xəbər agentliyi, hücum anında hadisə yeri yaxınındakı bir polis məmurunun ifadəsinə yer verdiyi xəbərində, ,intihar təcavüzkarının polis forması geydiyini eşitdirir.

Şiələr, Məhəmməd Peyğəmbərin nəvəsi Hüseyn və 72 yoldaşı 10 Oktyabr 680-ci ildə Kərbəlada öldürülməsinin qırxıncı günü səbəbindən edilən Ərbəin yas yığıncaqlarının son günlərində Zübeyrdə toplanırdılar.

İraqda Amerikan ordusunun bütünlüklə çəkilməsinin dərhal ardından əksəriyyətdəki Şiələrlə Sünnilər arasında siyasi gərginlik artmış, Şiə vətəndaşlara qarşı bombalı hücumlar çoxalmışdır.

Azərbaycan Türkcəsinə uyğunlaşdıran : Günaz TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar