SON XƏBƏRLƏR

Yunis Ağayanın barəsində çıxarılan edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənib

2021.10.20, 07:36
Yunis Ağayanın barəsində çıxarılan edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu şəhərinin mərkəzi zindanında həbs olunan soydaşımız barədə yeni qərar qəbul edilib.

 

Əhli-haqq (ələvi) təriqətinə mənsub olan Yunis Ağayanın edam hökmü qaldırılıb. O, məhkəmə tərəfindən ömürlük həbsə məhkum edilmişdir. HRANA-nın yaydığı məlumata görə, Bu barədə məhkəmənin səlahiyyətli şəxsləri məhkuma şifahi olaraq məlkumat veriblər.

 

Qeyd edək ki, Miyandabın (Qoşaçay) Üçtəpə kəndindən olan Y.Ağayan 2004-cü ildə dörd azərbaycanlı fəal - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Mehdi Qasımzadə ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət göstərmək ittihamıyla həbs edilib. Məhkəmə əvvəlcə onların hamısı barəsində edam hökmü çıxarıb. Ancaq sonradan İ.Qasımzadə, S.Məhəmmədi və B.Məhəmmədin üzərindən bu hökm götürülüb və onlar Yəzd həbsxanasına sürgün edilməklə 13 illik həbsə məhkum olunublar, M.Qasımzadə və Y.Ağayanın barəsində çıxarılmış edam qərarı isə qüvvədə qalıb. Nəticədə Mehdi Qasımzadə 2009-cu il fevralın (February) 28-də Urmu zindanında dar ağacından asılıb.

"Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) dəfələrlə bəyanat yayaraq Y.Ağayanın edam hökmünün ləğv olunmasını tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar