SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında etirazçılar atəşə tutulub

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında etirazçılar atəşə tutulub

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri nümayiş keçirən şiələrə qarşı odlu silahdan istifadə edib.

 Aksiya «siyasi məhbuslara azadlıq» tələbilə keçirilir.

İnsident (hadisə) ölkənin şərqində yerləşən kiçik Əl-Avamiyə şəhərciyində baş verib.Küçəyə çıxmış kütlə islahatlar və «şiələrə qarşı ayrı-seçkiliyə son qoyulması» tələblərini də irəli sürüb. Bir qədər sonra polislə toqquşma başlayıb və atəş səsləri eşidilməyə başlayıb. Bir nümayişçinin çoxsaylı güllə yarasından öldüyü bildirilir. Məlumata görə, bir neçə yaralı xəstəxanaya yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar