SON XƏBƏRLƏR

Bəşər Əsəd sözünün üstündə durmadı

2021.10.20, 07:36
Bəşər Əsəd sözünün üstündə durmadı

Gunaz.tv

GünAz TV: Prezident Bəşər Əsəd Suriya lideri kimi öz ölkəsinin əhalisinin müdafiəsinə görə tam olaraq məsuliyyət daşıyır.

 

Livanda (Lübnan) səfərdə olan BMT (Birləşmiş Millət Təşkilatı) baş katibi Pan Gi Mun belə bir bəyanatla çıxış edib.

 

«Əsəd mənə dinc nümayişlərə qarşı güc tətbiqinə son qoymağı söz vermişdi, lakin indiyədək sözünün üstündə durmayıb», deyə baş katib bildirib. O qeyd edib ki, «Suriyadakı repressiyalar (sərkublar) dayandırılmalı və real dialoq və demokratik islahatların yolu açılmalıdır».

 

«Suriya hakimiyyəti xalqın qanuni tələblərinə qulaq asmalıdır. Ümid edirəm ki, Təhlükəsizlik Şurası Suriyadakı hadisələrə ciddi yanaşacaq və ortaya birgə mövqe qoyacaq. Suriyadakı böhranla bağlı dünya ictimaiyyətinin vahid səslə danışması vacibdir», deyə BMT baş katibi əlavə edib. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar