SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN SİYASİ FƏALİ HƏMİDƏ FƏRƏCZADƏ HƏBS MÜDDƏTİNİ KEÇİRMƏK ÜÇÜN TƏBRİZ MƏRKƏZİ ZİNDANINA GETDİ

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN SİYASİ FƏALİ HƏMİDƏ FƏRƏCZADƏ HƏBS MÜDDƏTİNİ KEÇİRMƏK ÜÇÜN TƏBRİZ MƏRKƏZİ ZİNDANINA GETDİ

Gunaz.tv

GÜNEY AZƏRBAYCAN SİYASİ FƏALİ HƏMİDƏ FƏRƏCZADƏ HƏBS MÜDDƏTİNİ KEÇİRMƏK ÜÇÜN TƏBRİZ MƏRKƏZİ ZİNDANINA GETDİ

          Bu siyasi aktivist, ötən il Azərbaycanlıların geniş tutuqlanmasında Urmu şəhərində tutuqlanaraq Təbriz İttilaatına göndərildi. 3 aydan artıq təkadamlıq kamerada saxlanaraq işkəncəyə məruz qalmış və gecə gündüz basqıda olaraq sorğulanmışdı. Həmidə xanım, 5 aydan sonra 220 min dollarlıq mülki girov qarşılığında azad edilmişdi. Təbriz İnqilab məhkəməsinin ikinci şöbəsi milli güvənliliyi pozmağa çalışmaq və nizama qarşı təbliq aparmaqda suçlandıraraq 6 ay həbs qərarı vermişdir. Tutuqlama zamanı 5 ay saxlandığını hesablayaraq bu 6 altı aylıq həbsin bir ayının zindana getməli olur. O üzdən 13 Yanvarın sübh vaxtında Təbriz zindanına getmişdir.  Artırmalıyıq bu siyasi fəali ötən il tutuqlandıqdan sonra öz iş yerindən yəni Taliqani xəstəxanasından da çıxarılmışdır. Həmidə xanım İran tibb universitəsində təhsil almışdır.

          Bir neçə gün öncə eyni məhkəmə qərarı ilə bağlı suçlanan Yunus Süleymani də həbsindən qalan 40 günü küçirmək üçün Ərdəbil zindanına getmişdir.  Bu öyrənci aktivist də 6 ay həbsə məhkum olmuşdu. Ilk tutuqlandığında Təxminən 5 ay müvəqqət dustaq olaraq Təbrizdə təkadamlıq kamerada saxlandığı üçün 6 aylıq həbsin qalanını keçirmək üçün Ərdəbil zindanına getmişdir.

Artırmaq lazım, Milli Fəal Yunus Süleymani tutuqlandığı müddətdə işkəncələrə məruz qalmışdı. Elektrik şok nəticəsində isə ürək krizi(səktəsi) keçirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar