SON XƏBƏRLƏR

Tahran Cümə Namazı Xatibi Kaşanı: "İran Düşmənləri Elmi İrəliləməmizdən Narahatdır "

2021.10.20, 07:36
Tahran Cümə Namazı Xatibi Kaşanı: "İran Düşmənləri Elmi İrəliləməmizdən Narahatdır "

Gunaz.tv

Tahran Cümə Namazı Xatibi Kaşanı: "İran Düşmənləri Elmi İrəliləməmizdən Narahatdır "

Məhəmməd İmamı kaşanı, bu günki xütbəsində İranlı nüvə alimlərin sui-qəsdə qurban getməsinin millətləri oyandıracağını ifadə etdi.

Bu gün Tahran Universitesinde qurulan cümə namazının ilk xütbəsində kaşanı: İranlı elm adamı Mustafa Əhmədi Ruşen sui-qəsdiylə əlaqədar olaraq "İslamın və İslami ideologiyanın düşmənləri, İran İslam Respublikasına mane olmaq üçün belə işlər edirlər" ifadələrini istifadə etdi. Eyni zamanda İran Mütəxəssislər Məclisi üzvü olan kaşanı, İranın ədalətsizliyə qarşı mübarizəni başlatdığı üçün hücuma uğradığını ifadə etdi.

İranlı elm adamı Mustafa Əhmədi Ruşenin ölümünün İran düşmənlərinin siyasətləriylə uyğun olduğunu söyləyən kaşanı, "Elm adamımızın şehadəti, İran düşmənlərinin elmi irəliləməmiz və müstəqilliyimizdən xoşbəxt olmadığını göstərdi. Onların siyasətləri İranın elmi inkişafına qarşı çıxmaqdır dedi.

kaşanı, İran düşmənlərinin artıq bütün Müsəlman ölkələrə düşmən olduğunu iddia etdiyi danışmasında bu düşmənliyin səbəbinin ədalətsizliyə qarşı mübarizənin bütün İslam cəmiyyətlərinə yayılması olduğunu ifadə etdi.

İranın dini lideri Əli Hamaneyə və ölən elm adamı Əhmədi Ruşenin ailəsinə sui-qəsdlə əlaqədar başsağlığı diləklərini təqdim edən Qaşanı, elm insanlarının qorunması lazım olduğunu da sözlərinə əlavə etdi

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar